Ronaldo bu kluba keçdi

Portuqaliyalı futbolçu Kriştiano Ronaldo Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubu ilə anlaşıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.

Bildirilib ki, “Əl-Nəsr” 37 yaşlı hücumçu ilə 2,5 illik müqavilə imzalayacaq.

Müqavilənin 2023-cü il yanvarın 1-dən qüvvəyə minəcəyi deyilir.

Ronaldonun yeni klubunda illik 200 milyon avro, ümumilikdə isə 500 milyon avro qazanacağı bildirilir.