Quql-un işində problemlər yaranıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Downradar” servisinin səhifəsində bildirilib.
Məlumata əsasən, problemlər barədə Rusiyada yaşayan istifadəçilər məlumat verib.
Bildirilib ki, Quql-un axtarış sisteminin işində fasilələr barədə 496 sorğu göndərilib.
Problemlər haqqında məlumat verən istifadəçilərin 55 faizi ümumi nasazlıqlardan, 35 faizi isə saytın işi bağlı şikayət edib. Digər 5 faiz isə daxil olmaqda çətinlik çəkdiyini bildirib.














