Qubaya qar yağdı – FOTOLAR

Quba rayonunun yüksək dağlıq ərazilərinə qar yağıb.

Globalinfo.az xəbər verir ki, bu barədə Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən bildirilib.

Qrız və Qudyalçay-Xınalıq məntəqələrində qarın hündürlüyü 1 santimetr olub.

Qar yağması ilə əlaqədar dağlıq ərazilərdə temperatur mənfi 3 dərəcəyədək aşağı düşüb.