Qubada canavarlar kəndə hücum etdi – 20 qoyunu parçaladı

Qubada canavarlar kəndə hücum etdi - 20 qoyunu parçaladı

Qubada canavarlar kəndə hücum edib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Aydınkənd kəndində qeydə alınıb. Canavarlar kənd sakini Vasif Tarverdiyeva məxsus 20 qoyunu parçalayıb, onlardan 10-nu tələf olub. Kənd sakini deyib ki, ona təxminən 4000 manata qədər ziyan dəyib. Onun sözlərinə görə, heyvanlar məşğulluq xidməti tərəfindən vətəndaşa təqdim edilib.

Faktla bağlı aidiyyəti qurumlara məlumat verilib.