1610113561 1546970107 0 qubad 550x300 1

Xəbər verdiyimiz kimi, FETÖ-nün Azərbaycandakı keçmiş rəhbərlərindən olan Döyrüş Cəfərov, təşkilatın maliyyə işlərinə cavabdeh olan Gümrah Əbdürəhmanov, “Yurd” adlanan mərkəzin direktoru Ruslan Əliyev və təşkilati işlərə cavabdeh olan Anar Əliyev saxlanılıb.

Globalinfo.az bildirir ki, bu haqda ilk xəbəri Türkiyə mətbuatı yayıb.

Məlumatda həmçinin FETÖ ilə yaxın əlaqələri olan siyasi partiya liderlərindən birinin də həbs edildiyi qeyd olunur. Həmin şəxsin Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu olduğu iddia edilir. DİN-in açıqlamasında onun və vəkili Zibeydə Sadıqovanın DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə dəvət edildiyi bildirilib. ADR sədrinin FETÖ ilə yaxın əlaqələri olduğu, ABŞ-ın Pensilvaniya ştatına sıx səfərləri çərçivəsində Fətullah Gülənlə tez-tez görüşdüyü deyilir.

Paylaş: