İrəvan Rusiyadan rəsmən tələb etdi: Qoşunlarını çıxar!

“Ermənistanın “Zvartnots” hava limanından rus sərhədçilərinin çıxarılması ilə bağlı dəqiq mövqeyi var və bu barədə Rusiya tərəfini məlumatlandırıb”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan jurnalistlərə açıqlamasında deyib.

“Biz bu yaxınlarda məsələ ilə bağlı Moskvaya rəsmi məktubla münasibətimizi bildirmişik. “Zvartonts” hava limanında Ermənistan qüvvələri xidmət etməlidir”, – Qriqoryan bildirib.

Xatırladaq ki, Kremlin mətbuat katibi Dmitri Peskov bu gün Ermənistanın “Zvartnots” hava limanından rus sərhədçilərinin çıxarılması üçün müraciət etmədiyini demişdi.

Ayşən Mustafa
Globalinfo.az