1707544699 snapedit 1707544488370

“Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası SSRİ-nin son dövrünün xəritələrinə əsaslanmalıdır”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

O bildirib ki, Alma-ata Bəyannaməsinə görə, SSRİ-nin süqutu zamanı mövcud olan inzibati sərhədlər dövlətlərarası sərhədlər kimi tanınmalıdır:

“Bu, o deməkdir ki, Ermənistanla Azərbaycan arasında Alma-ata Bəyannaməsinə uyğun beynəlxalq sərhəd mövcud olmalıdır. SSRİ dövründəki ən son xəritələrə əsaslanaraq onun bərpasına ehtiyac duyulur. Bununla bağlı Azərbaycanla razılığa gəlmək istəyirik. Əminik ki, bu, qanuni yanaşmadır, heç bir beynəlxalq prinsipləri pozmur və münasibətlərin normallaşmasına uyğundur. Müzakirələr davam edir və mən əminəm ki, biz son nəticədə razılığa gələcəyik”, – Qriqoryan vurğulayıb.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: