Qriqoryan Rusiyaya getməkdən imtina etdi

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Rusiyaya getməyəcək.

Globalinfo.az TASS-a istinadən xəbər verir ki, Qriqoryan aprelin 24-25-də Sankt-Peterburqda keçiriləcək təhlükəsizlik məsələlərinə cavabdeh olan Ali Nümayəndələrin 12-ci Beynəlxalq görüşündə iştirak etməyəcək.