Qriqoryan elan etdi: “Kommunikasiyaların açılması bu halda mümkündür”

Qriqoryan elan etdi: "Kommunikasiyaların açılması bu halda mümkündür"

“Kommunikasiyaların blokdan çıxarılması məsələsində bəzi ölkələrin mövqeyi Ermənistanın maraqlarına ziddir”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan deyib.

“Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, özəl şirkət öz mövcudluğuna malik ola bilər. Lakin kommunikasiyaların açılması məsələsinə bütün nəzarəti Ermənistan hakimiyyəti həyata keçirəcək. İrəvanın kommunikasiyaların blokdan çıxarılması məsələsinə yanaşması son 4-5 ildə dəyişməyib. Kommunikasiyaların blokdan çıxarılması bərabərlik və qarşılıqlılıq prinsipi əsasında mümkündür. Bundan əlavə, infrastrukturların fəaliyyət göstərməsi onların yerləşdiyi ölkənin suverenliyi və yurisdiksiyası çərçivəsində mümkündür”, – deyə Qriqoryan vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az