Qriqoryan alman səfiri ilə görüşdü

Ermənistan baş nazirinin müavini Mher Qriqoryan Ermənistanda diplomatik fəaliyyətini başa vuran Almaniyanın səfiri Viktor Rixteri qəbul edib.

Globalinfo.az xəbər verir ki, görüşdə ikitərəfli münasibətlərin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüş zamanı Qriqoryan diplomatik fəaliyyəti dövründə gördüyü işlərə görə Rixterə təşəkkür edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Səfir isə  öz növbəsində Qeiqoryana  diplomatik fəaliyyəti dövründə göstərdiyi dəstəyə və qurulmuş konstruktiv əməkdaşlığa görə şəxsən təşəkkür edib.

Tərəflər Ermənistan və Almaniya arasında ikitərəfli münasibətlərin inkişafı ilə bağlı fikir mübadiləsi aparıblar.

Müşviq Tofiqoğlu
Globalinfo.az