Qrenlandiya bizim ərazimizdir və satılmır – Baş nazir

Qrenlandiya bizim ərazimizdir və satılmır - Baş nazir

Qrenlandiya bu gün Danimarkanın bir hissəsidir. O, bizim ərazimizdir və satılmır.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu sözləri Danimarka baş naziri Mette Fredriksen ABŞ prezidenti Donald Trampın ABŞ-nin Qrenlandiyanı almaq istədiyi ilə bağlı açıqlamalarına münasibət bildirərkən deyib.

ABŞ-nin Arktika bölgəsinin təhlükəsizlik və müdafiəsinə gəldikdə getdikcə daha çox əhəmiyyət kəsb etməsi ilə bağlı fikirləri ilə razılaşdığını bildirən baş nazir sözlərinə belə davame dib:

“Əgər söhbət regionumuzun təhlükəsizliyindən gedirsə, irəliyə doğru bir yol tapa bilərik”.