“Rusiyanın razılığı olmadan Ukraynaya sülhməramlılar göndərmək mümkün deyil”.
Globalinfo.az xəbər verir ki, bunu Serbiya baş nazirinin müavini Aleksandr Vulin deyib.
“Bunun üçün hər iki tərəfin razılığı lazımdır. Belə bir addımın atılması o deməkdir ki, Avropa ölkələri öz qoşunlarını Ukrayna və ya Rusiya torpaqlarında yerləşdirməyə çalışırlar. Amma əminəm ki, bu, olmayacaq”, – deyə Vulin bildirib.
Əliyar Xəlil
Globalinfo.az














