virus 2

Konqoda Ebola simptomları olan altı nəfər xəstəxanadan qaçıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Actualite” nəşri məlumat yayıb.

Hadisə Rvampara şəhərində baş verib.

“Ebola qızdırması şübhəsi ilə yerli xəstəxanaya yerləşdirilən xəstə ölüb və ailəsi onun cəsədinin vida mərasimi üçün təhvil verilməsini tələb edib. Həkimlər mərhumla təmasın yoluxma yollarından biri olduğunu deyib və bundan imtina ediblər.

Qəzəblənən xəstənin qohumları müayinə çadırlarını və tibbi avadanlıqları yandırıblar. Yanğın zamanı klinikada təsdiqlənmiş yoluxma halları olan üç nəfər və test nəticələri gözlənilən Ebola simptomları olan daha üç xəstə var idi. Onlar qaçıblar”, – deyə bildirilib.

Qeyd edək ki, ÜST Konqo Demokratik Respublikasında və qonşu Uqandada Ebola epidemiyasını beynəlxalq səviyyədə narahatlıq doğuran ictimai səhiyyə fövqəladə vəziyyəti elan edib.

Əliyar Xəlil
Globalinfo.az

Paylaş: