Qonşu ölkədə vəziyyət qarışır: “Ölkəmizi birləşdirəcəyik”

“Almaniya kimi Gürcüstan da ölkənin birləşməsinə, dövlət bütövlüyünə və Avropa İttifaqına üzvlüyünə nail olmaq üçün strateji səbr siyasətini davam etdirəcək”.

Globalinfo.az xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze  deyib.

Baş nazir bildirib ki, ilk növbədə həll edilməsi olan problem ölkənin birləşdirilməsi və suverenliyinin təmin olunmasıdır:

“Almaniya bir ölkənin necə səbrlə inkişaf etdirilməsinin mümkün olduğunun sübutudur. Bu ölkə onilliklər ərzində birləşməni, inteqrasiyanı gözlədi. Nəhayət 1989-cu ildə almanlar arzularını həyata keçirməyə başladılar. Bizim də strateji səbrli siyasətimiz var. Əminik ki, bu istiqamətdə irəliləyərək  sonda gürcülərin arzusunu reallaşdırmaq mümkün olacaq.  Gürcüstan vahid dövlətə çevriləcək.

Bizim Avropa İttifaqına daxil olmaq məsələmiz ölkə üçün ikinci dərəcəli çox mühüm problemdir. Bu, 2030-cu ilə qədər dostlarımızın dəstəyi ilə həll ediləcək”.

Ayşən Mustafa
Globalinfo.az