Qondarma Abxaziya Respublikasında seçki məntəqəsinə hücum edənlərdən birinin kimliyi məlum olub.
Globalinfo.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko deyib.
O qeyd edib ki, seçki məntəqəsinə hücum edənlərdən biri hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəş açıb və yaralanıb.
“Həmin şəxs Nurik Smirdir. O, hazırda xəstəxanadadır. Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayətin digər iştirakçılarının kimliyini müəyyənləşdirir”, – deyə Petrenko bildirib.
Rusiya İstintaq Komitəsi hadisə ilə bağlı cinayət işinin açıldığını da əlavə edib.
Əliyar Xəlil
Globalinfo.az














