Qocalar evində qalır: kim olduğunu bilənlər heyrətlənir – FOTO

Qocalar evində qalır: kim olduğunu bilənlər heyrətlənir - FOTO

Türkiyəli aktrisa Tuluğ Çizgenin son halı pərəstişkarlarını kədərləndirib.

Milli.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

“Ruhsar” serialında “Gözüm Abla” obrazı ilə tanınan tanınmış aktrisa Tuluğ Çizgenin son görüntüləri yayılıb. 76 yaşlı sənətçinin hazırda qocalar evində yaşadığı məlum olub.

Türk televiziya tarixinin unudulmaz simalarından olan Çizgen, 90-cı illərdə yayımlanan “Ruhsar” serialındakı rolu ilə yaddaşlara həkk olunmuşdu. Bundan əvvəl isə 80-ci illərin məşhur “Perihan Abla” serialında canlandırdığı “Meraklı Melahat” obrazı ilə böyük rəğbət qazanmışdı.

Çizgen uzun illərdir ekranlarda görünmürdü. Onun qocalar evində çəkilmiş son görüntüləri sosial mediada paylaşıldı və geniş müzakirələrə səbəb oldu.

tuluğ çizgen