“Qobu Park”da yanğın söndürüldü: 50 nəfər təxliyə edildi – YENİLƏNİB

“Qobu Park”da yanğın söndürüldü: 50 nəfər təxliyə edildi - YENİLƏNİB

“Qobu Park-2”də yaşayış kompleksində binada baş verən yanğın söndürülüb və mənzillər yanğından mühafizə olunub. 

Bu barədə Globalinfo.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Bildirilib ki, qurumun “112” qaynar telefon xəttinə, Qaradağ rayonu,  “Qobu Park-2” yaşayış kompleksi bina 2 ünvanında yanğın baş verməsi barədə məlumat daxil olub.

Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri çağırış üzrə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən onmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsindən 9-cu mərtəbəsinə qədər yerləşən elektrik şitində yanğın baş verdiyi və tüstülənmənin digər mərtəbələrə yayıldığı müəyyən edilib. Tüstülənmə və kəskin iydən vətəndaşların həyatı üçün təhlükə yaranıb.

Operativ və çevik müdaxilə sayəsində yanğın qısa müddətdə söndürülüb. FHN-in qüvvələri tərəfindən ümumilikdə 50 nəfər təxliyə olunub.

***10:28

“Qobu Park” yaşayış kompleksində binada yanğın başlayıb. 

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə yaşayış binalarından birinin 3-cü mərtbəsində baş verib.

Hazırda əraziyə yanğınsöndürənlər cəlb olunub.

Yanğının söndürülməsi istiqamətində iş aparılır.