Qızının porno videosunu yayan erməni qadın haqda yeni faktlar – sifariş həbsxanadan gəlib

Ermənistanda yeniyetmə qızına qarşı seksual xarakterli hərəkətlər edərək onu lentə alan qadınla bağlı bir sıra yeni faktlar ortaya çıxıb.

Globalinfo.az xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

Belə ki, sözügedən qadının videonu hazırlamaq üçün sifariş götürdüyü şəxs üzə çıxıb. Həmin şəxs “Nubaraşen” həbsxanasında Anna Arevşatyanın əri Tatul Madatyanın kamera yoldaşı olub.

Məhz onun sifarişi ilə qadın qızına qarşı dəhşətli işgəncələr törədib və videonu çəkib, həbsxanaya göndərib.

Artıq hüquq-mühafizə orqanlarının Tatul Madatyanın kamerasında axtarış apardığı bildirilir.

Xatırladaq ki, bir qədər əvvəl sosial şəbəkənin erməni seqmentində erməni qadının 12 yaşlı qıza işgəncə verməsi və ona qarşı seksual xarakterli hərəkətlər etməsini əks etdirən görüntülər yayılmışdı. Araşdırmalar nəticəsində Anna Arevşatyan adlı qadının qızın doğma anası olduğu üzə çıxmışdı. Polis tərəfindən saxlanılan qadın ilkin dindirilmə zamanı qızına qarşı əməli sifariş əsasında törətdiyini və hadisəni lentə alaraq pul qarşılığında “müştəri”yə göndərdiyini açıqlamışdı.

Əliyar Xəlil
Globalinfo.az