“Qış parkı” yaxınlığındakı yanğın söndürüldü – YENİLƏNİB

Bakının Nəsimi rayonunda “Qış parkı” yaxınlığında birmərtəbəli tikilidə baş verən yanğının qarşısı alınıb.

Fövqəladə Hallar Nazirliyindən Globalinfo.az-a verilən xəbərə görə, FHN-in yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın söndürülüb.

Əlavə məlumat veriləcək.

***15:51

Bakı şəhərinin Nəsimi rayonunda “Qış parkı” yaxınlığında birmərtəbəli tikilidə yanğın olub.

Globalinfo.az bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.