bina dam

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə güclü külək nəticəsində Xaçmaz şəhəri, N.Nərimanov küçəsində yerləşən çoxmərətəbəli binanın dam örtüyünün bir hissəsinin uçması barədə məlumat daxil olub.

Nazirlikdən Globalinfo.az-a verilən xəbərə görə, dərhal əraziyə FHN-in Şimal Regional Mərkəzinin xilasediciləri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən güclü külək nəticəsində beşmərtəbəli, dördbloklu yaşayış binasının 2 blokunun dam örtüyünün qoparaq yerə düşdüyü və ətrafdakı insanlar üçün təhlükəli vəziyyətin yarandığı müəyyən edilib.

Xilasedicilər əməliyyat şəraitinə uyğun olaraq ərazidə müvafiq tədbirlər görərək insanların təhlükəsizliyini təmin ediblər.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

***17:48

Xaçmaz rayonu, Nəriman Nərimanov küçəsi 74a ünvanında təhlükəli anlar yaşanıb.

Globalinfo.az xəbər verir ki, çoxmərtəbəli yaşayış binasının dam örtüyü küləyin təsirindən yerə düşüb.

Məlumata görə, bu, ilk belə hadisə deyil.

Daha ətraflı videoda:

Zaira Akifqızı
Globalinfo.az

Paylaş: