Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Şamaxıda “QHT-lərin V İnkişaf və Mübadilə proqramı”nı elan edib.
Globalinfo.az xəbər verir ki, proqramın məqsədi ictimai birliklərin inkişafına dəstək verməkdir.
Təlim iştirakçıları seçim əsasında müəyyən olunacaq.
Daha öncə QHT-lərin İnkişaf və Mübadilə Proqramlarına qoşulan şəxslər bu təlimdə iştirak edə bilməzlər.
Təlimdə hər QHT-dən yalnız 1 nəfər təmsil oluna bilər.














