Güclü partlayış: İsrailin 21 əsgəri həlak oldu

Qəzza zolağında yerləşən binalardan birində güclü partlayış olub.

Globalinfo.az xəbər verir ki, bu barədə “Sputnik” məlumat yayıb.

Partlayış nəticəsində İsrail ordusunun 21 əsgərinin öldüyü bildirilir.

Bununla da Qəzzada quru döyüşlərin başladığı gündən etibarən İsrail Silahlı Qüvvələrinin ümumilikdə 208 əsgərin öldüyü qeyd olunur.

Qeyd edək ki, partlayışın arxasında HƏMAS qüvvələrinin olduğu, gecə saatlarında xüsusi əməliyyat zamanı binanın bombalandığı deyilir.

Ayşən Mustafa
Globalinfo.az