
Çexiyanın Semili bölgəsinin Vşen inzibati ərazisində aviaşou zamanı yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.
Globalinfo.az xəbər verir ki, hadisə təyyarənin havaya qalxmasından cəmi 10 saniyə sonra baş verib.
Qəza nəticəsində təyyarə alovlanıb, pilot isə hadisə yerində həyatını itirib.
Polisin sözçüsü İvana Balakovanın sözlərinə görə, hadisə ilə bağlı araşdırma başlanılıb.
Qəzanın başvermə səbəbləri müəyyənləşdirilir..