Qəzzada həlak olan jurnalistlərin SAYI

Qəzzada həlak olan jurnalistlərin SAYI

İsrail ordusunun bazar günü Qəzza zolağında həyata keçirdiyi hücumlar nəticəsində azı 30 fələstinli həlak olub. Ölənlər arasında Fövqəladə Hallar Xidmətinin yüksək rütbəli rəsmisi və yerli jurnalist də var.

Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Yerli səhiyyə qurumlarının verdiyi məlumata görə, hücumlar Qəzzanın cənubundakı Xan Yunis, şimaldakı Cəbəliyyə və mərkəzdə yerləşən Nusəyrat bölgələrində baş verib.

Cəbəliyyədə jurnalist Həsən Məjdi Əbu Vərdə və onun bir neçə ailə üzvü evlərinə endirilən hava zərbəsi nəticəsində həyatını itirib. Bu barədə səhiyyə işçiləri məlumat verib. Qəzzadakı HƏMAS-ın nəzarətində olan media ofisi bildirib ki, Əbu Vərdənin ölümü ilə 2023-cü ilin oktyabrından bu yana Qəzzada həlak olan fələstinli jurnalistlərin sayı 220-yə çatıb.

Nusəyratda baş verən başqa bir hava zərbəsi nəticəsində FHN rəsmisi Əşrəf Əbu Nar və həyat yoldaşı da evlərində öldürülüblər.

İsrailin açıqlamasında hücumlara birbaşa münasibət bildirilməyib.

Aysel Əliyeva
Globalinfo.az