Netanyahudan xəbərdarlıq: 4 gün qaldı – İsrail nə edəcək?

Israel Prime Minister Benjamin Netanyahu addresses US Congress Washington DC July 24 2024

HƏMAS 15 fevrala qədər girovları azadlığa buraxmasa, İsrail Qəzzada döyüşləri bərpa edəcək.

Globalinfo.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

“Mənim tərəfimdən qəbul edilən və kabinetin yekdilliklə təsdiqlədiyi qərar belədir: əgər HƏMAS girovları şənbə günü günortaya qədər qaytarmasa, atəşkəs barədə razılaşma qüvvədən düşəcək və İsrailin Müdafiə Qüvvələri HƏMAS tamamilə məhv edilənədək döyüşləri davam etdirəcək”, – deyə Netanyahu bildirib.

Qeyd edək ki, Baş nazir azadlığa buraxılmalı girovların sayı barədə məlumat verməyib.

Aysel Əliyeva
Globalinfo.az