Qəzzada bir gün ərzində 58 fələstinli həlak olub

Qəzzada bir gün ərzində 58 fələstinli həlak olub
İsrail ordusunun səhər saatlarından etibarən Qəzza zolağına təşkil etdiyi hava hücumları və açdığı atəş nəticəsində 32-si yardım növbəsində olanlar olmaqla, ümumilikdə 58 fələstinli həlak olub.

Globalinfo.az xəbər verir ki, bu barədə Anadolu Agentliyi məlumat yayıb.

İsrail ordusu yaşayış evlərini, qaçqınların sığındığı çadırları və mülki vətəndaşların toplandığı əraziləri birbaşa hədəfə alıb.

Fələstin Qızıl Aypara Cəmiyyəti bildirib ki, İsrail ordusunun rabitə infrastrukturunu hədəfə alması nəticəsində internet və stasionar telefon xidmətləri tamamilə kəsilib. Bu səbəbdən tibbi yardım qrupları və humanitar yardım təşkilatları ilə əlaqə qurmaq mümkün olmur.

Aysel Əliyeva
Globalinfo.az