ABŞ Prezidenti Co Bayden İsrailin Qəzzadakı əməliyyatlarını soyqırımı hesab etmədiyini deyib.
Globalinfo.az xəbər verir ki, o bu barədə Ağ Evin Qızılgül bağında keçirilən mərasimdə danışıb.
“Qəzza zolağında baş verənlərin soyqırımı olması iddiasını rədd edirik. Biz İsrailin yanındayıq. İsrail Qəzzada Sinvar və HƏMAS qəssablarının məhv edilməsini həyata keçirir. Prosesdə Təl-Əvivlə birlikdə işləyirik”- Bayden vurğulayıb.














