3936

Bazar günü Qəzza zolağında HƏMAS qüvvələri ilə İsrail ordusu arasında toqquşma olub.

Globalinfo.az xəbər verir ki, bu barədə “Əl Cəzirə” məlumat yayıb.

Bildirilib ki, İsrail ordusu HƏMAS-ın əlindəki əsirləri azad etmək üçün Qəzza ərazisinə girib və burada quru döyüşləri olub.

Əl-Qəssam Briqadasının iddiasına görə, İsrail ordusu Qəzzanın cənubundakı Xan Yunisin bölgəsinin şərqindən əraziyə sızıb:

“Döyüşlər zamanı İsrail qüvvələri geri çəkilməyə məcbur olub, iki buldozer və bir tankları məhv edilib”.

Qeyd edək ki, bu, İsrailin Qəzzada gözlənilən quru əməliyyatlarının başlanması kimi dəyərləndirilir.

Ayşən Mustafa
Globalinfo.az

Paylaş: