Qəzənfər Paşayevin səhhətində problem yarandı

 Qəzənfər Paşayevin səhhətində problem yarandı

Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayevin səhhətində problem yaranıb.

Globalinfo.az bakupost.az-a istinadən xəbər verir ki, onun bildirdiyinə görə, havaların dəyişməsi ilə əlaqədar halı pisləşib, təzyiqi düşüb.

Q.Paşayev evdə müalicə olunduğunu deyib:

“Təzyiqim düşüb, evdən çıxa bilmirəm. Yataqdayam, müalicə alıram. Vəziyyətim həkimlik deyil, çox ağrımıram. Bir neçə gün əvvəl həkimlik oldu, getdim, həll olundu. Havaların dəyişməsi ilə əlaqədar ola bilər”.