Fevralın 23-də saat 18.45 radələrində Bakı-Şamaxı -Yevlax avtomobil yolunun Abşeron rayon Müşfiqabad qəsəbəsi ərazisində baş vermiş ağır qəzada yaralanan şəxs dünən vəfat edib.
Globalinfo.az xəbər verir ki, yolun 22,8-ci km-də 1968-ci il təvəllüdlü, Beyləqan rayonu Qəhrəmanlı qəsəbəsində qeydiyyatda olan Hacıyev Namik Yusif oğlu idarə etdiyi “Mersedes Benz 190” markalı avtomobillə rayon istiqamətində hərəkətdə olarkən, yolu keçən piyada 1961-ci il təvəllüdlü Babayev Elşad Ənvər oğlunu vurub. Nəticədə piyada E.Babayev xəsarət alıb və xəstəxanaya çatdırılıb. 05.03.2023-cü ildə saat 14.30-da E.Babayev Bakı şəhər Kliniki Tibbi Mərkəzində ölüb.
Faktla bağlı DİN BDYPİ YNHD üzrə İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.
Malik
Globalinfo.az