Bakı-Sumqayıt yolunda ardıcıl qəzalar: yol bağlandı

Bakı-Sumqayıt yolunda bir gündə iki avtomobil qəzası baş verib.

Globalinfo.az xəbər verir ki, “Mercedes Vito”  “Mitsubishi” ilə, “Hundai Accent” isə “Opel” markalı maşınla toqquşub.

Məlumata görə, ölən və xəsarət alan yoxdur.

Qəza səbəbindən Xırdalan dairəsindən “Riyad” Ticarət Mərkəzinə kimi uzun tıxac yaranıb.

Zaira Akifqızı
Globalinfo.az