Qətərdə pivəni belə satırlar – FOTO

 

Qətərdə pivəni belə satırlar - FOTO

Qətərdə keçirilən futbol üzrə dünya çempionatının matçlarının baş tutduğu stadionlarda gizli şəkildə pivə satışı həyata keçirilir.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, FİFA-nın arenalarda spirtli içkilərə qoyduğu qadağadan sonra “Coco-Cola”, “Fanta” və digər içkilərin qablarına pivə doldurularaq satılır.

Bununla bağlı fotolar bir çox sosial şəbəkələrdə paylaşılıb.

Hələlik FİFA və ya Dünya Çempionatının Təşkilat Komitəsi bununla bağlı açıqlama verməyib.

Qətərdə pivəni belə satırlar - FOTO