Qerşkoviçə ağır cəza verildi

qerskovic

Yekaterinburq məhkəməsi “The Wall Street Journal”ın Moskva bürosunun jurnalisti Evan Qerşkoviçi casusluqda təqsirli bilib.

Globalinfo.az xəbər verir ki, ABŞ vətəndaşı olan jurnalist 16 il həbs cəzasına məhkum edilib.

Qeyd edək ki, gənc jurnalist 2023-cü ilin martında Yekaterinburqda saxlanılıb.

O, irəli sürülən ittihamlarla razılaşmayıb.