Ərdoğan xalqa müraciət edəcək: Nazirlər toplandı

Prezident Rəcəb TAyyib Ərdoğanın xalqa müraciətinə hazırlıqlar gedir.

Globalinfo.az xəbər verir ki, prezident seçkilərinin ikinci turu çərçivəsində 81 əyalətdə səhər saat 08.00-da başlayan səsvermə prosesi saat 17.00-da başa çatıb və səslərin hesablanmasına start verilib.

Səslər hesablanarkən Ədalət və İnkişaf Partiyasının (AKP) İStanbuldakı binasında prezidentin çıxışı üçün ciddi hazırlıqlar başlayıb.

Hazırlıqlar çərçivəsində AK Partiyanın İstanbul binasının eyvanı təmizlənib. Digər tərəfdən, daxili işlər naziri Süleyman Soylu, ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum, AK Partiya sədr müavini Numan Kurtulmuşun bu binaya gəldiyi öyrənilib.

Globalinfo.az