Qərbin təhdidi fonunda bu addımı atacağıq – Rusiya XİN

Rusiya XIN

Rusiya Avropa İttifaqı ilə münasibətləri korlamaq istəmir.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin departament rəhbəri Vladislav Maslennikov “Lenta.ru”ya müsahibəsində deyib.

“Rusiya heç vaxt Aİ ilə münasibətlərin korlanmasını istəməyib, lakin biz “kollektiv Qərb” tərəfindən istənilən təhdid fonunda öz suverenliyimizi, müstəqilliyimizi və milli təhlükəsizliyimizi hər bir yolla qoruyacağıq”, – deyə o qeyd edib.

Maslennikovun sözlərinə görə, Rusiya hər zaman bərabərhüquqlu və qarşılıqlı faydalı əlaqələrin lehinə çıxış edib.

“Moskva üçün təhlükəsizlik məsələlərində maraqlarının qorunması mühümdür. Və nəhayət, Rusiya Avropa İttifaqının onun daxili işlərinə qarışmasına yol vermir”, – Maslennikov əlavə edib.

Aysel Əliyeva
Globalinfo.az