“Qərbin Rusiya ilə bağlı bu düşüncəsi utopiyadır” – Bolqarıstan prezidenti

"Qərbin Rusiya ilə bağlı bu düşüncəsi utopiyadır" - Bolqarıstan prezidenti

“Qərbin Rusiyanı məğlub etmək istəyi utopiyadır”.

Globalinfo.az xəbər verir ki, bunu Bolqarıstan prezidenti Rumen Radev deyib.

O bildirib ki, Avropa ABŞ prezidenti Donald Trampın Ağ Evə qayıtmasından qorxmağa başlayıb.

“Niyə Ukrayna böyük maliyyə və hərbi yardımlara baxmayaraq, müharibəni uduzur? Nəyə görə bir çox Avropa liderləri Ukraynanı müdafiə xətti qurmağa deyil, utopik inamla əks-hücuma keçməyə təşviq etdilər. Yüz minlərlə qurbanın əvəzini kim ödəyəcək? Avropanın üzləşdiyi geniş spektrli problemlərin episentrində liderlik böhranı dayanır. Avropa təkcə öz təhlükəsizlik məsələlərinə məsuliyyətlə yanaşmamalı, həm də icma ölkələrini birləşdirəcək və onlara qəti addımlar atmağa imkan verəcək dinamik və rəqabətədavamlı iqtisadiyyatın inkişafına başlamalıdır”.

Bolqarıstan Prezidenti müdafiə xərclərinin artırılmasının zəruriliyini qeyd edib. Lakin bunun yalnız hərtərəfli milli təhlükəsizlik konsepsiyası çərçivəsində edilməli olduğunu diqqətə çatdırıb. Əks halda, Aİ-nin ayrı-ayrı dövlətləri arasında texnoloji uçurumun artacağına diqqət çəkib.

Müşviq Tofiqoğlu
Globalinfo.az