Qərbin MDB ölkləri ilə bağlı yeni planı – FSB rəhbəri danışdı

“Qərb konflikt potensialını artırmaq yolu ilə MDB-də situasiyanı destabilizasiya etmək istəyir”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşü zamanı deyib.

O, MDB ölkələrinin xüsusi xidmət orqanları rəhbərlərinin keçənilki iclasında bölgədəki vəziyyətlə bağlı verilən proqnozların özünü doğrultduğunu bildirib:

“Kollektiv Qərb MDB və İttifaq dövlətini destablizasiya kursunu götürüb. Bunu bütün MDB məkanı və xaricində konflikt potensialının artırılması ilə həyata keçirəcəklər”.

İlkin Həsənov
Globalinfo.az