Qərbin hegemonluğunun sonu çatır: BRİKS Asiyanı nəzarətə keçirir

Asiya ölkələri Qərbdən asılılıqlarını azaldırlar və öz iqtisadi maraqlarını daha çox Çin və Rusiya ilə bağlayırlar.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə “Blumberq” agentliyi çıxış edib.

Agentlik qeyd edib ki, bu iddiasını gücləndirən səbəblərdən biri qitə ölkələrinin BRİKS-ə qoşulmaqda maraqlı olmasıdır:

“Bu təşkilat artıq Qərbin rəhbərlik etdiyi institutlara, o cümlədən Dünya Bankı və Beynəlxalq Valyuta Fonduna alternativ olmağa başlayıb. Qeyd edilən təşkilatlar regiondakı iqtisadiyyata mənfi təsir edən sərt tədbirlərin müəllifidirlər”.

Qeyd edək ki, BRİKS son zamanlar sıralarını genişləndirir. Onu bir sıra hallarda G7-yə alternativ adlandırırlar. BRİKS üzvləri ABŞ-ın hegemoniyasına qarşı çıxırlar. Bir müddət öncə Türkiyədə təşkilata üzv olmaq istədiyini deyib, lakin dünən Lavrov təşkilatın hələlik genişləndirməsini müvəqqəti dayandırdığını açıqlayıb.

Tahir Turan
Globalinfo.az