Qərbi Azərbaycan mövzusu Mərkəzi Asiyada…

Qlobal Media və Siyasət Araşdırmaları İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Qərbi Azərbaycan mövzusu Mərkəzi Asiyada” adlı layihə həyata keçirir.

Globalinfo.az xəbər verir ki, layihə çərçivəsində Mərkəzi Asiyanın nüfuzlu media oqanlarında sayı beş olmaq şərti ilə elmi məqalələr yayımlanacaq və sahə üzrə tədqiqat aparan beş alimdən müsahibə götürülərək yayımlanacaq.