Qərbdən Ukrayna savaşı haqqında arzuolunmaz proqnoz

“Ukraynada müharibə hələ uzun müddət davam edəcək”.

Globalinfo.az xəbər verir ki, bunu İsveçin müdafiə naziri Pol Yonson deyib.

“Məncə, bu, müəyyən mənada tükətmə deməkdir. Belə bir şəraitdə təhlükəsizliyin təminatı açar rolunu oynayır”, – o bildirib.

Yonson həmçinin Qərb ölkələrinin silah və texnikanın Ukraynaya təhlükəsiz formada tədarükünü təmin etməli olduğunu söyləyib. O, İsveçin Ukraynanı bu uzun yolda dəstəkləyəcəyini qeyd edib.

İlkin Həsənov
Globalinfo.az