Qərbdən geri addım – Bu brendlər Rusiyaya qayıdır

rus

Rusiyanı tərk edən bəzi brendlər ölkəyə geri dönməyi düşünürlər.

Globalinfo.az xəbər verir ki, bu barədə “Mash” teleqram kanalında məlumat yayılıb.

“Məşhur geyim brendləri “Zara”, “Bershka”, “Pull&Bear” və “Stradivarius”un nümayəndələri bu məsələni aktiv şəkildə müzakirə edir. Siyasi vəziyyət dəyişəcəyi təqdirdə geri qayıtmağa hazırlaşırlar. Hazırda bazardakı vəziyyəti öyrənilir, arxivlər və sənədlər toplanılır”, – “Mash” teleqram kanalı öz mənbələrinə istinadən yazıb.

Qeyd edək ki, 2022-ci ilin mart ayında “Inditex” şirkəti Rusiyadakı fəaliyyətini dayandırıb. Bu korporasiyaya “Zara”, “Massimo Dutti”, “Bershka”, “Oysho”, “Pull & Bear”, “Stradivarius” və “Uterque” kimi məşhur brendlər daxildir.

Əliyar Xəlil
Globalinfo.az