putin 1
6110359 19.12.2019 19 декабря 2019. Президент РФ Владимир Путин на большой ежегодной пресс-конференции в Центре международной торговли на Красной Пресне. Александр Вильф / РИА Новости

ABŞ və Avropada Rusiya Prezidenti Vladimir Putinin bəyanatlarına getdikcə daha çox dəstək verilir.

Globalinfo.az xəbər verir ki, bu qənaətə Britaniyanın “The Times” qəzetinin jurnalistləri gəliblər.

Nəşrin yazdığına görə, xüsusilə Vaşinqtonda Putinin Avropa İttifaqının Ukrayna üzrə sülh prosesinə mane olmaq cəhdləri ilə bağlı fikirləri rezonans doğurub. Bu yanaşma artıq Avropada da populyarlaşmağa başlayıb.

Məqalədə bildirilir ki, adı açıqlanmayan fransalı diplomat Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallası Avropa diplomatiyasının ən pis nümunəsi adlandırıb. Qeyd olunur ki, o, yeni danışıqlar raundu ərəfəsində Rusiya ordusunun sayının azaldılmasını təklif edib.

Bundan əvvəl ABŞ ordusunun istefada olan polkovnik-leytenantı Daniel Deyvis NATO baş katibi Mark Rutte və Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyeni Ukrayna ilə bağlı sülh planına mane olmaqda ittiham edib. Onun sözlərinə görə, bu liderlərin Rusiyaya qarşı barışmaz mövqeyi ABŞ Prezidenti Donald Trampın tərəfləri sülh razılaşmasına sövq etməsinə əngəl yaradır.

Əliyar Xəlil

Globalinfo.az

Paylaş: