ABŞ-dan Ukraynaya pis xəbər

 

 

 

“ABŞ hesab edir ki, “Abrams” tanklarının Ukraynaya tədarük vaxtı çatmayıb”.

Globalinfo.az xəbər verir ki, bunu ABŞ müdafiə nazirinin müavini Kolin Kol deyib.

Onun sözlərinə görə, “Abrams” tankları çox bahalı və mürəkkəb sistemə malikdir. Kol bu baxımdan onunla bağlı təlimlərin keçirilməsinin çox çətin olduğunu deyib.

Qeyd edək ki, bundan öncə Kol Ukraynaya səfər edib.

Aqşin
Globalinfo.az