Qərbdə Putinin nüvə xəbərdarlığı barədə: “O, artıq blef etmir”

“Rusiya Prezidenti Vladimir Putin Ukraynaya gələcək dəstək və oraya xarici kontingentlərin göndəriləcəyi halda yaranacaq katastrofik nəticələr barədə blef etmir”.

Globalinfo.az xəbər verir ki, bu iddia ilə “National İnterest” jurnalının icmalçısı Benjamin Qiltner çıxış edib.

Onun sözlərinə görə, Qərbdə gələcək eskalasiya barədə ortaq fikrin olmaması dəhşətli nəticələrə gətirib çıxaracaq.

Qiltner buna görə də amerikalı siyasətçiləri Rusiyadan olan siqnalların interpretasiyasına diqqətlə yanaşmağı məsləhət görüb:

“Amerika seçimlərində ehtiyatlı olmalıdır ki, bütün əlində olanları itirməsin”.

Qeyd edək ki, Putin bundan öncə NATO-nu addımlarında diqqətli olmağa çalışmışdı. O, Ukraynaya əlavə hərbi kontingentin yerləşməsinin nüvə müharibəsinə gətirib çıxaracağına eyham vurmuşdu.

 

Əliyar Xəlil
Globalinfo.az