Qərb sənədində separatçı rejim haqda nə yazılıb? – Abovyan açıqladı

Qərb sənədində separatçı rejim haqda nə yazılıb? – Abovyan açıqladı

Vaşinqton, Moskva və ya Brüsseldə keçirilən görüşlər danışıqlar yox, Ermənistan hakimiyyəti ilə aparılan sövdələşmədir.

Globalinfo.az xəbər verir ki, bunu erməni ekspert Armen Abovyan deyib.

Onun sözlərinə görə, ABŞ və Avropa hazırda münasibətlərin nizamlanmasını Rusiya və İranın regiondan çıxarılması üçün vasitə kimi görür:

“Rusiya və İran regiondakı proseslərə öz təsirinin azaldılmaması kontekstində baxır. Türkiyə və Azərbaycana görə isə bu, erməni məsələsini bitirmək üçün tarixi şansdır. Yəni Qarabağın (separatçı rejimin – red.) ləğvi və ilkin mərhələdə Ermənistanın bir qisminin demontajı bura daxildir ki, o da Qərbin nizamlama modelinə tam uyğundur”.

Abovyan Ermənistanın hazırkı hakimiyyətinin Qərb variantını qəbul etməyə hazır olduğunu deyib.

O vurğulayıb ki, məhz Qərb Nikolun qərar qəbul etmək legitimliyini təmin edir və əvəzində ona hakimiyyətdə qalmaq zəmanəti verir.

İlkin Həsənov
Globalinfo.az