“Qərb Ukraynanı Rusiya ilə danışıqlara razı salmır”.
Globalinfo.az xəbər verir ki, bunu Ukrayna prezidentinin aparat rəhbərinin müşaviri Mixail Podolyak deyib.
O bildirib ki, zaman-zaman xarici mediada bu cür xəbərlər görünəcək. Amma müharibənin dondurulacağına inanmamalıyıq.
“Qərb mediasında vaxtaşırı belə dalğalar olacaq. Çünki onlar həm də şahmatçıdırlar. Bunu ironiya ilə deyirəm. Onlar şahmat taxtası arxasında əyləşiblər və müharibədən 10 min kilometr uzaqdadırlar. Ona görə də, Rusiyanın və müharibənin necə dəhşətli olduğunu anlamırlar. Ancaq sevindirici haldır ki, Ukraynanın sürətli işğalı ilə bağlı proqnozlar özünü doğrultmadı. Qərb Ukraynanın məhdud resurslarla belə effektiv mübarizə apardığını görür və bu səbəbdən Kiyevə təzyiq qəribə olardı”, – deyə Podalyak vurğulayıb.
Müşviq Tofiqoğlu
Globalinfo.az














