Amsterdam yaxınlığındakı “Schiphol” hava limanında uçuş-enmə zolağı naməlum PUA görünməsi səbəbindən 45 dəqiqəlik bağlanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Niderland Hərbi Polisi məlumat verib.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, təxminən 150 metr hündürlükdə müşahidə edilən dron haqqında xəbər verilib. Pilotsuz təyyarəni və onun operatorunu axtarmaq üçün vertolyot göndərilib, lakin onlar tapılmayıb. Nəticədə uçuş-enmə zolağı 45 dəqiqə bağlanıb və uçuşlar digər zolağa yönləndirilib.
Hərbi polis hadisənin heç bir təhlükə yaratmayan pilotsuz təyyarə tərəfindən törədildiyini müəyyən edib. Hazırda dronların “Schiphol” hava limanı üzərində və onun ətrafında uçuşu qadağan edilib.
Bundan əlavə, Norveç səmasında Orland aviabazasının yaxınlığında və Litvada Vilnüs Beynəlxalq Hava Limanında pilotsuz təyyarə aşkarlanıb.
Əliyar Xəlil
Globalinfo.az