Növbə Ermənistanındır: müharibə başladılacaq – Ayvazyan

Növbə Ermənistanındır: müharibə başladılacaq - Ayvazyan

“Qərb Ermənistan ərazisində hərbi vəziyyət yaratmaq və ölkəni Rusiya ilə müharibədə qurban vermək istəyir”.

Globalinfo.az xəbər verir ki, bunu erməni analitik Hayk Ayvazyan deyib.

O, hazırkı sülh danışıqlarında Rusiya ilə Fransanın fəaliyyətini müqayisə edib:

“Rusiya Azərbaycanla Ermənistan arasında vasitəçidir. Məsləhət verməyə deyil, məsələləri yerində həll etməyə çalışır. Fransa hər dəfə bir fikir səsləndirsə də, bu, heç nəyi dəyişmir.

Qərb Ukraynada da “təhlükəsizlik sistemi” yaradıb. Nəticədə davam edən müharibədə yüzminlərlə ukraynalı həlak olub. Bu, ABŞ-ın Ukraynanı qurban verdiyi mənasına gəlmir?! O, eyni şeyi Ermənistanda da edərək ölkəni Rusiya ilə müharibədə qurban vermək istəyir”.

Ayşən Mustafa
Globalinfo.az