Qərb Gürcüstana qarşı: Tbilisiyə zərbə zərbə dalınca gəlir

AB və ABŞ-dan sonra Almaniya da Gürcüstana qadağalara start verib.

Globalinfo.az xəbər verir ki, Almaniyanın Gürcüstandakı səfiri Peter Fişer Tbilisiyə ayrılacaq yeni maliyyə öhdəliklərinin hamısı Berlin tərəfindən dayandırılıb.

“Gürcüstanın üzvlük prosesinin dayandırılması Avropa Birliyinin siyasətidir. Biz irəliyə mümkün qədər sürətli hərəkət etməliyik, amma bu sürət və keyfiyyət Gürcüstanın əlindədir. Mən Almaniya adından deyə bilərəm ki, biz də Gürcüstanla münasibətlərə yenidən baxırıq. ABŞ-la birgə biz Gürcüstan üçün ən böyük donorlardan idik. Biz indi qərara almışıq ki, Gürcüstanla bağlı yeni maliyyət öhdəlikləri götürməyək” – deyə o bildirib.

Qeyd edək ki, bundan öncə ABŞ Gürcüstanla birgə keçirdiyi “Noble Partner” təlimlərini dayandırıb, AB isə Gürcüstan hökumətinə yardımlardan imtina etdiyini bildirib. Bundan başqa Gürcüstanın AB-yə üzvlüyü də dayandırılıb.

Əliyar Xəlil
Globalinfo.az