Qərb Ermənistanı buna məcbur edə bilər – Çalabyan

“Vətən naminə Tavuş” hərəkatı öz ətrafında daha əhatəli və ixtisaslaşmış liderlər tərkibi formalaşmalıdır. Bunun üçün mövcud qrupların qarşılıqlı fəaliyyətə hazır olması tələb edilir. Hərəkatı, ora qoşulan, həm də məsuliyyət daşıyacaq insanlar gücləndirməlidir”.

Globalinfo.az xəbər verir ki, bunu  “Ayakve” təşəbbüs qrupunun üzvü Avetik Çalabyan deyib.

Qalstanyan tərəfindən elan ediləcək hökumətin tərkibi ictimaiyyət üçün etibarlı və peşəkar təcrübəyə malik olmalıdır. Bütün bunlar siyasi konsolidasiya yolu ilə baş verməlidir. Küçə mübarizəsindəki fasilədən məhz bu məsləhətləşmələr üçün istifadə edilməlidir. Hərəkata qoşulmaqda tərəddüd edən insanlar aydın siyasi proqram və onu həyata keçirəcək adamlar görmək istəyirlər. Siyasi məsləhətləşmələr mümkün qədər tez keçirilməlidir ki, ictimaiyyətə təqdim edilə bilən siyasi nəticə əldə olunsun. Anlamaq lazımdır ki, Ermənistanda bütün neqativ proseslər müharibə təhlükəsi altında baş verir”, – Çalabyan bildirib.

“Baqrat Qalstanyan düşünürdü ki, hərəkatın formalaşdığı ilk vaxtlarda siyasi xadimlərin irəli sürülməsi cəmiyyət tərəfindən qəbul edilməyəcək və risklər yaradacaq. Amma indi vəziyyət əksinədir. Lider kimi təqdim oluna biləcək şəxslərin siyahısına hərəkatda fəal iştirak edən 100-dən çox insan daxil ola bilər”, – deyə Ayakve təşəbbüs qrupunun üzvü əlavə edib. Hərəkat hakimiyyətin ölkəni kapitulyasiya yolu ilə aparmasına hər cür mane olmalıdır. Hakimiyyətə dəstək verən eyni Qərb dövlətləri ölkədəki vəziyyəti sakitləşdirməkdə çətinlik çəksələr, hökuməti seçkiyə getməyə məcbur edə bilərlər”, – deyə Çalabyan vurğulayıb.

Müşviq Tofiqoğlu
Globalinfo.az